Suallar
Ümumi
İstehsalçıyıq, Azərbaycana çıxmaq istəyirik. Necə başlayaq?
Bizə məhsul kataloqunuzu və hazırkı ixrac qiymətlərinizi göndərin. İki həftə ərzində bazar qiymətləndirməsi hazırlayırıq: rəqiblər, təxmini satış həcmi və rəf qiyməti. Bu, pulsuzdur və heç bir öhdəlik yaratmır.
Yeni brend nə vaxta rəfə çıxır?
Adətən 3-4 ay. Vaxtın çoxu sənədləşməyə və etiketin uyğunlaşdırılmasına gedir. İlk partiya gələndən sonra şəbəkəyə yerləşdirmə 2-3 həftə çəkir.
Eksklüziv təmsilçilik verirsinizmi?
Bəli, amma qarşılıqlı öhdəliklə. Eksklüziv müqavilədə illik minimum həcm göstərilir. Həcm yerinə yetirilməsə, istehsalçı müqaviləni dayandıra bilər.
Çatdırılma
Regionlara çatdırırsınızmı?
Bakı və Abşeronda gündəlik, Gəncə, Sumqayıt, Şəki və Lənkəranda həftədə iki dəfə. Digər rayonlara regional topdan satıcılar vasitəsilə.
Ödəniş
Mağazalara ödəniş möhləti verirsinizmi?
Bəli. Yeni müştəri üçün ilk üç ay nağd, sonra 14 və ya 30 günlük möhlət. Şəbəkə marketləri üçün şərtlər ayrıca müqavilə ilə müəyyən olunur.